Play Store

Baş nazir kürdləri İraqın birliyinə hörmət etməyə çağırdı

İngiltərənin Baş naziri Tereza Mey İraqa səfər edib.

Metbuat.az-ın məlumatına görə, İraq Baş naziri Heydər əl-İbadi ilə Bağdada səfər edən İngiltərə Baş naziri Tereza Mey arasında keçirilən görüşdə iki ölkə arasındakı əlaqələr, İraqın terrordan əziyyət çəkən ərazilərinin yenidən abadlaşdırılması, iqtisadi iş birliyi və bölgədəki vəziyyət müzakirə edilib.

İngiltərə ilə terrorla mübarizə məsələsi başda olmaqla, bir çox sahədə əlaqələrin inkişaf etdiyini bildirən İbadi deyib: “Ordu, polis, Haşdi Şabi və yerli tayfa qüvvələri, bütün ərazilərimizin bərpasına dəstək verib, İŞİD-i sildilər. Bundan sonra, İraqda yenidənqurma və sərmayələrin yeni dövrü başlayacaq. Böyük Britaniya şirkətlərinin kommersiya və iqtisadi sahələrə olan töhfəsini yüksək qiymətləndiririk”.

İngiltərə Baş naziri isə İraqın onlar üçün tərəfdaş ölkə olduğuna diqqət çəkərək, bu ölkənin təhlükəsizliyi, bərpası, hərbi qüvvələrin təlimləri və sığınacaq axtaranların evlərinə qaytarılması üçün dəstək verməyə davam edəcəklərini bildirib. İraqın birlini dəstəklədiklərini deyən Tereza Mey, Şimali İraq Kürd Muxtariyyətini ölkənin birliyinə hörmət etməyə və dialoqa çağırıb.

Günay Elşadqızı / METBUAT.AZ

Türkiyə ordusu Afrin əməliyyatına hazırlığa başladı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR