"Mənimçün əsas məsələ ağıl, zəkadır. Seriallarda adətən ailənin kiçik qızı obrazlarını canlandırıram. 24 yaşım var, boyum da balacadır. Deyəsən, çəlimsizliyimdən hələ çox faydalanacağam".
Türkiyənin gənc və populyar aktrisalarından biri, indi "Maral" serialında baş rollardan birində oynayan Hazal Kaya BeStyle jurnalına verdiyi müsahibəsində belə deyib.
Milli.Az bildirir ki, saç düzümünü dəyişən və bir qədər radikal görkəm alan aktrisanın sözlərinə görə, kişilərin özlərinə izafi diqqət vermələrini xoşlamır.
Milli.Az