Play Store

Trampın İslam əleyhinə paylaşdığı VİDEO - SAXTA ÇIXDI

ABŞ prezidenti Donald Trampın Tvitter hesabından paylaşdığı İslam əleyhinə videolarda yer alan görüntülər saxta çıxıb.

Metbuat.az xəbər verir ki, Niderland polisi videodakı uşağı döyən şəxsin immiqrant və ya müsəlman deyil, niderlandlı olduğunu rəsmən açıqlayıb.

Tramp dünən gecə, ingilis sağçı partiyasının liderlərindən Jayda Fransenin yüklədiyi 3 videonu öz Tvitter hesabında paylaşmışdı.

Sosial mediada səs-küyə səbəb olan paylaşımlardan birində bakirə Məryəm heykəlini dağıdan müsəlman görülüb. Son videoda isə uşağın damdan atılma görüntüsünə yer verilib.

Hər üç videoya heç bir şərh vermədən paylaşan Tramp, mövzunu dəyişdirərək, “CNN yalan xəbər yayır” iddiasını irəli sürüb.

Aysel Yaqubqızı / Metbuat.az

Donald Tramp "Twitter"də gündəm oldu - Bu mesaja görə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR