Futbolçuların günahı sübuta yetirilsə - 6 il həbs cəzası alacaqlar

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oynunun satılması ilə bağlı məlumat yayılıb.

Bu səbəblə, "Keşlə” futbol klubunun iki futbolçusu – Nizami HacıyevMirhüseyn Seyidovhüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Hər iki oyunçu danışılmış oyunlarda şübhəli bilinir. Klub prezidenti Zaur Axundov da mediaya açıqlamasında faktı təsdiqləyib. O, qeyd edib ki, hazırda yarımmüdafiəçilər barəsində araşdırma aparılır. Fakt öz təsdiqini tapacağı halda, Seyidovla Hacıyev cəzalandırılacaqlar.

“Futbolçuların qeyd olunan əməli sübuta yetirilərsə, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Bu sözləri saxlanılan futboçularla bağlı Metbuat.az açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-2-ci maddəsi ilə, yəni “İdman yarışlarının manipulyasiyası” maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıla bilər:

“Qeyd olunan maddənin məzmununa əsasən, idman yarışlarının manipulyasiyası məqsədilə idmançı, idman hakimi, məşqçi, sponsor və digər şəxslər tərəfindən hər hansı hərəkətə görə onları özü, üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən, yaxud vasitəçidən istifadə etməklə, maddi və s. nemətin, imtiyazın, güzəştin istənilməsi, alınması, yaxud bu barədə təklifin, vədin qəbul edilməsinə görə həmin şəxslər üçün 3000 manatdan 5000 manatadək cərimə, yaxud 3 ilədək müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

AFFA "Qarabağ"ı cərimələdi - Səbəbi isə... – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR