Daha bir mobil operator “ExpressPay” ödəniş terminalına qoşulub - FOTO

Daha bir mobil operator “ExpressPay” ödəniş terminalına qoşulub - FOTO
11:27 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 11:22 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “ExpressPay” ödəniş terminallarına “Azercell” üzrə ödəmələr əlavə olunub.

 

“Expressbank”dan “APA-Economics”ə verilən xəbərə görə, artıq 050 və 051 ilə başlayan mobil nömrə sahiblərini balanslarını “ExpressPay” terminalları vasitəsilə artıra bilərlər.

 

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (“Embawood” və “Madeyra” mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “Bakı taksi”, mobil operatorlar, kommunal / rabitə ödənişləri (“Aztelekom” – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR