Slovakiyalı deputatlar Azərbaycanda səfərdə olacaqlar

10:28 8 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də slovakiyalı deputatların Azərbaycana səfəri başlayır.
Səfər Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilir.
Slovakiya-Azərbaycan Dostluq qrupunun sədri, konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Slovakiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü Olqa Naxtmannova (SMER-SD Partiyası), sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Prtiyası), xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Prtiyası), konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil), mandat və toxunulmazlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.
Nümayəndə heyətinin Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində görüşləri nəzərdə tutulub.
Qonaqlar, həmçinin Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, məcburi köçkün düşərgəsinə də baş çəkəcəklər.
Səfər aprelin 11-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Slovakiyali_deputatlar_Azerbaycanda_seferde_olacaqlar-844473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR