“Silah dəstəyini kəsdik dediniz, amma...” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada siyasi həll ümidlərini artıran Soçi sammitindən sonra 24 noyabrda ABŞ prezidenti Donald Trampla telefon danışığının yeni detalları məlum olub.

Metbuat.az-ın məlumatına görə, telefon danışığında Ərdoğanın “PYD-yə verilən silahlar necə olacaq?” sualına Tramp “Slah dəstəyini kəsdik” cavabını verib. Ərdoğan, “Kəsdik deyirsən, 1500 yük maşını göndərildiyini deyirsən, amma 4000 yük maşını göndərilib” cavabını verib. Tramp, “Necə, hələ davam edir ki?” deyə soruşub, Ərdoğan isə “Təbii ki, edir” deyib. ABŞ lideri “Həmən təlimat verəcəm, kəssinlər” deyib.

Telefon danışığı ilə bağlı daha sonra açıqlama verən Ərdoğan deyib: “Demək ki, bu işi bir-bir izləmək lazımdır”.

Günay Elşadqızı / METBUAT.AZ

Türkiyə ordusu Afrin əməliyyatına hazırlığa başladı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR