Elmar Məmmədyarovun həmsədrlərlə görüşünün vaxtı - Açıqlandı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün vaxtı açıqlanıb.

Məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, TürkiyəPakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib ki, görüş dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub. //Trend

Evinin çardağında çanta tapdı, varlandı - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR