ADİU xarici universitetlə əməkdaşlıq edəcək (FOTO)

ADİU xarici universitetlə əməkdaşlıq edəcək (FOTO)
11:31 8 Aprel 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

ADİU ilə Koç Universiteti əməkdaşlığa başlayır.

ANS PRESS-in məlumatına görə, aprelin 7-də Türkiyənin Koç Universitetinin rektoru, professor Umran Savaş İnan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə birgə iqtisadiyyat və biznes profili üzrə doktorantların yetişdirilməsi, ADİU-nun İngilis Dilində Tədris Mərkəzi, “SABAH” Qrupları və “İnnovativ Biznes-İnkubator” ilə Koç Universitetinin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə edilib.

ADİU-nun professor-müəllim heyəti ilə görüşdə Umran Savaş İnan Koç Universiteti haqqında geniş məlumat verib, ali tədris prosesindəki innovativ tendensiyalardan danışıb. Doktorantların elmi fəaliyyətə cəlbi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Müəllimləri maraqlandıran sualları cavablandırıb.

Sonda Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə görə iki universitet birgə elmi-tədqiqat işləri üzərində əməkdaşlıq edəcək, strateji layihələr hazırlayacaq və ikitərəfli müəllim-tələbə mübadiləsi həyata keçirəcək.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=336585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR