“Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir

“Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir
10:33 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük ehtiyac var.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Nadir Əzməmmədov, həmçinin qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə də əsas məqsəd bu ölkədən yük vaqonlarının alınması vəziyyətini araşdırmaq idi. Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında keçirilən ikitərəfli görüşdə də bu məsələ müzakirə olundu. Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alındı. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Demir_Yollarinin_sifaris_etdiyi_vaqonlarin_ilk_hissesi_olkemize_gelmek_uzredir-844474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR