Magistral yolda yeni geri dönmə hissə yaradıldı - FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb.

"Azəravtoyol" ASC-dən Metbuat.az-a verilən məlumata görə, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.

Yeni geridönmə hissənin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geri dönmə hissədə 375 m2 təhlükəsizlik adacağı qurulub.

Yeni geri dönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq 200 və 500 metr uzunluğunda, 4.5 metr enində yol genişləndirilib.

Sərnişin qatarları yeni hərəkət cədvəlinə keçir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR