Binəqədi şosesində hərəkət məhdudlaşdırılır - "Azəravtoyol"

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Metbuat.az-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq.

Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

Magistral yolda yeni geri dönmə hissə yaradıldı - FOTOLAR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR