Çexiya prezidenti Azərbaycana səfər edəcək

11:37 8 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 11:33 ]

Bakı. Ülkər Bəkirli - APA. Çexiya prezidenti Miloş Zeman bu il ərzində Kolumbiya, Meksika və Azərbaycana səfər edəcəyini açıqlayıb.

APA-nın “Czech News” agentliyinə istinadən verdiyi məlumata görə, Çexiya prezidentinin mətbuat müşaviri Jiri Ovcacek bildirib ki, prezident Çexiyanın ikinci ən böyük neft təchizatçısı olan Azərbaycana səfərini sentyabra planlaşdırır.

 

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek isə Azərbaycanla iqtisadi və humanitar əlaqələrin genişləndiriləcəyini deyib: “Biz Azərbaycanla strateji tərəfdaşlığın ölkəmiz üçün uyğun olduğunu həmişə deyirik”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR