Dünyanın ən lüks təyyarəsi hazırlandı - VİDEO - FOTO

Dünyanın ən lüks təyyarəsi hazırlandı - VİDEO - FOTO
11:37 8 Aprel 2015
444 Maraqlı
Ölkə mətbuatı
A- A+

450 sərnişin üçün hesablanmış bu lüks və nəhəng təyyarə indi uçan saraya çevrilib. Dəyəri də 593,21 milyon dollardır.
 
Milli.Az Business İnsider-ə istinadən bildirir ki, ABŞ-ın Vaşinqton ştatındakı Kirklend şəhərində yerləşən "Greenpoint Technologies" şirkəti 2012-ci ildə Boeing 747-8 VIP sərnişin təyyarəsinin modifikasiyasına və dəyişikliklərinə başlamışdı.
 
3 illik işlər başa çatıb və süperlüks təyyarə sahibinə təhvil verilib.
 
Gövdəsinin genişliyi 6,1 metr, uzunluğu 76 metr olan təyyarənin "yaşam arealı"nın sahəsi 445 kvadrat metrdir.
 
3-mərtəbəli, özəl lifti olan göyərtədə konfrans-zal, 14 qonaq üçün nəzərdə tutulmuş qonaq zalı, iki istirahət zalı, iş kabineti, hamam otağı olan yataq otağı və tavanına səma görüntüləri dekorasiya olunmuş salon var.
 
1095 km/saat sürətlə yerə enmədən 17000 kilometr uça bilən Boeing 747- 8 təyyarəsindən ABŞ prezidentinin "Air Force One" aviaqrupuna da biri hazırlanacaq.
 
Milli.Az
 




Videonu izləmək üçün şəklə klikləyin.
фото














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR