Qobustandakı “Diri baba” türbəsinə maraq göstərən turistlərin sayı ilbəil artır

Qobustandakı “Diri baba” türbəsinə maraq göstərən turistlərin sayı ilbəil artır
10:38 8 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Qobustan, 8 aprel, AZƏRTAC
Qobustandakı “Diri baba” türbəsini ziyarət edənlərin sayı ilbəil artır.
AZƏRTAC xəbər verir ki, Orta əsr Şirvan-Abşeron memarlığına aid olan, tarixçilərin, arxeoloqların, habelə turistlərin də böyük maraq göstərdikləri bu abidə Qobustan rayonunun inzibati mərkəzi - Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Sufiliyin Xəlvətiyyə təriqətinin tanınan nümayəndələrindən birinə məxsus olduğu güman edilən bu əzəmətli abidə tarixin sınaqlarından çıxaraq bu günədək gəlib çatıb. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Qayanın daxilindəki balaca bir mağara ilə birləşən salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır.
“Diri baba” türbəsinin məhz belə bir orijinal memarlıq forması, əzəməti və möhtəşəmliyi onu görənlərdə, istər yerli, istərsə də xarici turistlərdə böyük təəssürat, sonsuz maraq yaradır. Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, təkcə 2014-cü ildə buraya 8000 turist gəlib. Onlardan 3000 nəfəri xarici turistlərdir. Ötən il gələn turistlərin sayı 2013-cü illə müqayisədə 1000 nəfər çoxdur.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qobustandaki_Diri_baba_turbesine_maraq_gosteren_turistlerin_sayi_ilbeil_artir-844477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR