Kissencer Bakıya gəlir

Kissencer Bakıya gəlir
11:39 8 Aprel 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün  Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Kissencerin “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, 2014-cü ildə Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.

Xatırladaq ki, III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda keçiriləcək. Forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR