Türk aktrisa dükanlar açır - FOTO

Türk aktrisa dükanlar açır - FOTO
10:42 8 Aprel 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Türk aktrisa və model Ebru Şançı biznesə başlayıb.
 
Hazırladığı geyimləri bəyənənlər və alanlar arasında şou-biznes ulduzları, o cümlədən Ledi Qaqa da olan Ebru Şançı yeni kolleksiyalarındakı paltarları internet vasitəsilə satacaq.
 
Milli.Az bildirir ki, E.Şançı onlayn-ticarət saytı da yaradıb və sayt gələn aydan fəaliyyətə başlayacaq.
 
Modelyerə çevrilən aktrisa və modelin satışa çıxaracağı kolleksiyada 60 geyim var. Onların qiymətləri 300-800 lirə arasındadır.
 
"Ebru Şancı Collection" adlanacaq brendin geyim və aksessuarlarının satışı üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də butik açılacaq.
 
Milli.Az
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/25346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR