TQDK-dan beynəlxalq müsabiqə qaliblərinə MÜRACİƏT

TQDK-dan beynəlxalq müsabiqə qaliblərinə MÜRACİƏT
11:44 8 Aprel 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərə müraciət edib. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə,Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. 

 

Sənədlər I, II, III və IV qruplar üçün aprelin 1-30-da, V qrup üçün isə mayın 5-18 tarixlərində təqdim olunmalıdır. 

 

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR