“AtaBank” “3D Secure” texnologiyasını aktiv tətbiq edir

“AtaBank” “3D Secure” texnologiyasını aktiv tətbiq edir
11:48 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC 
Müştərilərin ödəniş kartlarla internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “AtaBank” “3D Secure” texnologiyasının aktiv tətbiqini davam etdirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək qeydiyyatdan keçməklə və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq mütləqdir).
“3D Secure” xidmətində qeydiyyat buradan aparılır: https://acs.3dsecure.az/way4acs/enroll.
Qeydiyyatdan sonra “3D Secure” texnologiyasını dəstəkləyən saytlarda alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq birdəfəlik (və ya qeydiyyat zamanı müştəri tərəfindən daxil edilmiş) şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət pulsuzdur.
Daha əvvəllər “Visa” kart sahibləri üçün aktivləşdirilən bu xidmət artıq “MasterCard” kart sahibləri üçün də istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AtaBank_3D_Secure_texnologiyasini_aktiv_tetbiq_edir-844482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR