Ukraynada məhkəmədəki partlayışda ölənlərin sayı 2-yə çatdı -

Ukraynada məhkəmə zalında partlayış olub.

Metbuat.az-ın məlumatına görə, hadisə Nikopol şəhərində baş verib.

İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs və zalda olan daha bir nəfər ölüb. Daha 9 nəfər yaralanıb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR