Ağsu rayonunda qəza olub, 3-ü bir ailədən olmaqla 4 nəfər xəsarət alıb

11:52 8 Aprel 2015
160 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 11:47 ]


Ağsu. Elvin Yaqubov-APA. Ağsu rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Bico yolunun 7-ci kilometrliyində, Çaparlı kəndi ərazisində qeydə alınıb. 99-GM-480 dövlət nömrə nişanlı, “Opel” markalı minik maşını qarşı tərəfdən gələn 10-UO-130 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə 1986-cı il təvəllüdlü Hüseynov Tural Talışxan oğlu, 1968-ci il təvəllüdlü Qasımova Arzu Talışxan qızı, 1977-ci il təvəllüdlü Naibova Gülşən Talışxan qızı, 1976-cı il təvəllüdlü Naibov Rüstəm Arzum oğlu müxtəlif bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR