​FƏTÖ terror təşkilatına qarşı əməliyyat zamanı

FƏTÖ terror təşkilatının Silahlı Qüvvələrə sızmış tərəfdarlarına qarşı aparılan əməliyyatların detalları məlum olub.

Metbuat.az-ın məlumatına görə, dünən İstanbul prokurorluğunun 360 nəfərin, o cümlədən 333 hərbçinin həbsi barədə qərar çıxarmasından sonra 49 ünvanda, həmçinin hərbi hissələrdə əməliyyat keçirilib. Reydlər zamanı 164 nəfər saxlanılıb.

Bildirilir ki, həbs qərarı çıxarılan hərbçilərdən 117-si bir müddət əvvəl Silahlı qüvvələrdən ixrac edilib.

Onlardan 10-u xaricə qaçıb. Qalan 216 nəfə isə hələ də ordu sıralarındadır. Bu şəxslərdən 13-ü pilotdur. Digər şübhəlilərin saxlanılması üçün əməliyyatlar davam etdirilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR