"Türkiyə siyasi arenanın nəhəng oyunçusudur" -

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankaranın Rusiya və Çinlə yaxınlaşmasına qarşı çıxan Qərb ölkələrinə cavab verib.

Metbuat.az-ın məlumatına görə, 8-ci Bosfor forumunda çıxışı zamanı o bildirib ki, son vaxtlar Türkiyənin Rusiyadan S-400 raketləri almasına qarşı narazılıqlar artır. Lakin Qərb ölkələri anlamalıdır ki, Ankaranın addımları təbiidir. Türkiyə dünya siyasi arenasının digər nəhəng oyunçuları kimi, özünün beynəlxalq arenadakı yerini tutmağa çalışır.

Kalın qeyd edib ki, Türkiyənin NATO üzvü olması və Avropa Birliyi ilə danışıqlar prosesi, onun digər ölkələrlə əməkdaşlıqdan imtina etməsi üçün əsas vermir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR