Bali adasında fövqəladə vəziyyət rejimi uzadılıb

İndoneziyanın Bali adasında fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 10-na qədər uzadılıb.

Metbuat.az-ın məlumatına görə, buna səbəb Aqunq vulkanında püskürmənin hələ də davam etməsidir. Vulkandan 10 km əhatədə təhlükə hələ də qalır. Havaya bundan sonra da böyük həcmdə kül qatının yayılması gözlənilir. Təhlükə ilə əlaqədar qonşu Lombok adasındakı hava limanının da fəaliyyəti dekabrın 1-dək dayandırılıb.

Bu müddət ərzində 50 mindən çox reysin təxirə salındığı bildirilir. Bu günədək bölgədəki 100 minə yaxın sakindən 43 mini evakuasiya edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR