Play Store

​İran Bolqarıstan baş nazirinin təyyarəsinə icazə vermədi

İran hökuməti Səudiyyə Ərəbistanına səfər edən Bolqarıstanın baş naziri Boyko Borisovun təyyarəsinin ölkənin hava məkanı ilə uçmasına icazə verməyib.

Metbuat.az-ın məlumatına görə,bu barədə məlumat verən Bolqarıstan mənbələri qeyd edir ki, hava məkanından istifadəyə icazənin olmaması, baş nazirin təyyarəsi İrana yaxınlaşarkən bildirilib. Bu üzdən Borisovun təyyarəsi istiqaməti dəyişib və krallığa İraq üzərindən uçub.

Bildirilir ki, Tehran bu addımın səbəbini açıqlamayıb. Bu üzdən Bolqarıstanın Xarici İşlər Nazirliyi İranın Sofiyadakı səfirini quruma çağırıb və ona rəsmi etiraz bildirilib.

Maraqlıdır ki, bu hadisədən 2 gün əvvəl İranla Bolqarıstan arasında münasibətlərin qurulmasının 120 illiyi qeyd olunmuşdu.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR