Neftin qiyməti fonda təsir etmədi

Neftin qiyməti fonda təsir etmədi
11:56 8 Aprel 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

“2006-2014-cü illərdə neft qiymətlərinin dəyişimi müşahidə edilsə də DSMF gəlirləri artmağa davam edib”.

ANS PRESS-in məlumatına görə, bunu DSMF-nin şöbə müdiri Fərid Baxşıyev “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, neftin qiymətinin dəyişməsi pensiya ödənişlərinə heç bir mənfi təsir göstərməyib: “2003-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 30 milyon manat təşkil edirdi. 2015-ci il DSMF proqnozlarında isə büdcənin 3 milyard 56 milyon olacağı gözlənilir. Bu da büdcənin 8 dəfə artımı deməkdir”.

DSMF şöbə müdiri qeyd edib ki, Azərbaycanda son on ildə orta aylıq pensiya dəfələrlə artıb: “2014-cü ildə pensiyaçıların orta aylıq göstəricisi 173,4 manat olub. Bu isə yoxsulluq səviyyəsindən 1,7 dəfə çoxdur”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR