OPEK-in yeni prezidenti bəlli olub

OPEK-in yeni prezidenti BƏƏ-nin energetika naziri Süheyl əl Məzrui olacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib.

Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq.

Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb./Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR