Kamerun Gömrük İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

12:03 8 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel AZƏRTAC
Azərbaycanda səfərdə olan Kamerun gömrük idarəsinin baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minettenin başçılıq etdiyi nümayəndə heyəti aprelin 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kamerun_Gomruk_Idaresinin_numayende_heyeti_Fexri_Xiyabani_ve_Sehidler_xiyabanini_ziyaret_edib-844486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR