Putinin "Qazprom" qorxusu

Putinin "Qazprom" qorxusu
12:06 8 Aprel 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya dövlətinə məxsus "Qazprom" şirkətinin gəlirləri bu ilin ilk iki ayı ərzində 70 faiz azalıb. Bu, ölkə rəhbərliyini ciddi şəkildə narahat edir. Bu məqsədlə Prezident Vladimir Putinin bu gün "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller ilə görüşəcəyi gözlənilir.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, görüşdə təbii qaz məsələləri müzakirə olunacaq, ancaq onları açıqlamaq fikrində deyiləm.

Rusiya Federal Gömrük Xidməti bildirib ki, "Qazprom"un ixrac gəlirlərindəki azalma yanvar-fevral aylarında 7.4 milyard dollara bərabər olub.

Belə ki, ötən ilin ilk iki ayında ixrac 37.4 milyard kubmetr olubsa, bu il bu rəqəm 27.5 milyard kubmetrə düşüb. Bunun da 18.7 milyard kubmetri MDB ölkələrindən xaricə, qalanı MDB daxilinə gedib.

Xatırladaq ki, ötən ilin yanvar-fevralında qazın min kubmetri 334 dollar idisə, bu ilin həmin dövründə qiymət 269 dollar olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR