İnstitutlara göstərilən metodiki kömək işin təkmilləşdirilməsinə təkan verəcək

İnstitutlara göstərilən metodiki kömək işin təkmilləşdirilməsinə təkan verəcək
12:08 8 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda AMEA rəyasət heyəti aparatının hüquq və kadrlar idarəsi tərəfindən iclas keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Mikrobiologoya İnstitutunun və Mərkəzi Nəbatat bağının əməkdaşlarının iştirak etdikləri iclasda kadr və kargüzarlıq məsələləri üzrə institutlara göstərilən metodiki köməyin nəticələri müzakirə olunub.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə göstərilən metodik köməyin kadr və kargüzarlıq sahəsindəki işin təkmilləşdirilməsinə dəstək olacağını vurğulayıb.
AMEA rəyasət heyəti aparatının hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, institutlara kargüzarlıq sahəsi üzrə metodiki kömək dövlətimizin başçısının müvafiq Fərmanı ilə təsdiqlənmiş Təlimatın tələblərinə əsasən göstərilib.
Qeyd edilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında əməkdaşların əmək icra intizamı qaydalarına riayət etməsi, iş günü ərzində işçiyə icazənin verilməsi qaydaları və əməkdaşların əvəzçilik üzrə başqa iş yerlərində çalışması məsələləri Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun həyata keçirilməlidir.
R.Agasıyev, həmçinin əmək müqavilələrinin bağlanmasının, onlara dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasının hüquqi əsasları, eyni zamanda əmək müqavilələrinin bağlanması qaydaları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə də ətraflı məlumat verib.
Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Institutlara_gosterilen_metodiki_komek_isin_tekmillesdirilmesine_tekan_verecek-844487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR