Dünya çempionatının püşkü atılacaq - Bu gün

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi baş tutacaq.

Metbuat.az xəbər verir ki, Rusiyada keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Rusiya millisi meydan sahibi qismində püşksüz A qrupunun 1-ci komandası olacaq. Digər komandalar isə FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər:

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Sərdar Məmmədov / Metbuat.az

Futbolçuların günahı sübuta yetirilsə - 6 il həbs cəzası alacaqlar - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR