Play Store

İranda yenidən güclü zəlzələ baş verdi

İranda yenə zəlzələ baş verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Məlumatda bildirilir ki, 6 bal gücündə olan zəlzələnin episentri Kerman şəhərindən 50 kilometr məsafədədir. Yeraltı təkanlar ƏfqanıstanPakistanda da hiss olunub.

Zəlzələdən sonra, gecə yarısı 5 və 5,1 bal gücündə afterşoklar da qeydə alınıb. 800 mindən çox adamın yaşadığı Kermanda dağıntı və ya tələfat olub-olmaması ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 13 noyabrda İran-İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Zəlzələ İranda böyük dağıntıya səbəb olub, hadisə nəticəsində 300-dən çox insan həyatını itirib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR