Play Store

"Ermənistan bu ərazilərdə vandalizm əməlləri törədib" - İlham Əliyev

Müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın təhlükəsizliyi Ermənistan təcavüzü nəticəsində ciddi təhdidlərlə üz-üzə qalıb.

Bunu Prezident İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal altında saxlayır".

İlham Əliyev bildirib ki, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

"Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ regionunda və 7 ətraf rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı və missiya göndərib və hesabatlar göstərir ki, bu ərazilərdə vandalizm əməlləri törədilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR