Mədəsindən 55 büküm heroin çıxdı - Biləsuvarda / FOTOLAR

Gömrükdə saxlanılan şəxsin mədəsindən 55 büküm heroin çıxıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib. Nəticədə həmin şəxsin mədəsində 55 ədəd bükümdə, ümumi xalis çəkisi 281,105 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR