Facebook və WhatsApp istifadəçiləri üçün xoş xəbər - FOTO

Facebook və WhatsApp istifadəçiləri üçün xoş xəbər - FOTO
12:12 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Dünyada mobil telefonlar üçün ən populyar messencer proqramına çevrilmiş Whatsapp-da yeniliklər hazırlanır.

Milli.Az Gizmodo-ya istinadən bildirilir ki, Facebook sosial şəbəkəsinin smartfonlar və planşetlər üçün nəzərdə tutulmuş proqram əlavəsinin yeni, v31.0.0.7.13 versiyası Whatsapp-la birbaşa əlaqədə olacaq.
 
Yəni smartfonunda və ya planşetində Facebook-dakı profilinə daxil olan hər kəs oradan çıxmadan Whatsapp vasitəsilə mesaj, foto, fayl və ya video yollaya biləcək.
 
"Paylaş" butonunun yanında olacaq "WhatsApp-a göndər" seçimi hələlik yeni variantın beta versiyasındadır.
 
Sistem sınaqlardan keçirilərək tam hazır sayılandan sonra Facebook proqram əlavəsinin iOS və Android əməliyyat sistemləri üçün variasiyalarında yenilənmədən sonra işə düşəcək.
 
Milli.Az
 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/25297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR