Varlılar üçün fəlakət sığınacağı - FOTO

Varlılar üçün fəlakət sığınacağı - FOTO
12:12 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kanzas ştatında inşası artıq başa çatmaqda olan "Doomsday Bunker" milyonçular üçün fəlakət sığınacağıdır.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, ağır iqtisadi problemlər, Günəşdə fəlakətli partlayışlar, terror hücumları, qıtlıq, qlobal fəlakətlərdə sağ qalmaq şansı verən bu sığınacaq 70 nəfər üçün nəzərdə tutulub.
 
Memar və mühəndis Larri Hillin layihəsi əsasında "Atlas ICBM" şirkəti tərəfindən tikilən, inşası 2016-cı ildə başa çatacaq "Doomsday Bunker" 15 mərtəbədən ibarətdir.
 
Yer altında 53,3 metr dərinliyədək enən bunkerin hər mərtəbəsi 3,5 milyon dollardan satılır.
 
Bir mərtəbəni alacaq şəxs 270 m2 sahədə lüks yaşayış arealına yiyələnir.
 
Bunkerin beton divarlarının qalınlığı 2,7 metrdir.
 
Milli.Az
 



































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR