Suyun haqqını suya verir...

Suyun haqqını suya verir...
19:42 9 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Gəmi ilə uzaq bir səyahətə çıxmışdım. Birdən hay-küy eşitdim.

Dönüb baxanda gördüm ki, meymun bir torbanı qapıb gəminin dor ağacına dırmaşır. Adamlar nə qədər qışqırsalar da, meymun heç nəyə əhəmiyyət vermədən qalxıb ağacın başında oturdu. Sonra torbanın ağzını açdı və oradan bir şey çıxarıb adamların üstünə atdı. Baxdıq ki, qızıl puldur. Meymun həmin şeyin birini də dənizə atdı. Hamımız həyəcanla qışqırdıq ki, meymun qızılı dənizə atır.

Meymun da öz işində idi, qızılın birini gəmiyə, birini isə suya atmağa davam edirdi. Bu zaman adamlardan biri uca səslə dedi: “Ay camaat, səs-küy salmayın, bu meymun ağılsız, iradəsiz heyvandır. Amma bu an burada onun əli ilə bir hikmət yaşanır. Mən dərsimi aldım, öz işimi başa düşdüm. Allah-Təala bu meymunun əli ilə mənim malımın halalını haramından ayırır. Meymunun qaçırdığı qızıl torbası mənimdir. Mən uzun illər ərzində süd sataraq o pulları yığmışam, özü də hər zaman haramxorluq etmişəm, südə su qatıb camaata satmışam ki, çox pul qazanım. İndi meymun suyun haqqını suya verir, südün haqqını mənə qaytarır”.

"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR