Azərbaycan xalqı özünün zəngin milli mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib

Azərbaycan xalqı özünün zəngin milli mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib
12:13 8 Aprel 2015
761 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 8 aprel, AZƏRTAC
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli mənəvi dəyərlərimiz və müasirlik” adlı növbəti tədbirini Tərtərdə keçirib.
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, din xadimləri və gənclər iştirak edib.
İctimai Birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən əsas xüsusiyyətlərindən biri adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Xalqımız özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.
Tədbirdə Tərtər cümə məscidinin axundu Sadiq Cəfərov, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev və başqaları çıxış edərək xalqımızın milli mənəvi dəyərlərindən danışıb, gənclərə tövsiyələrini veriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalqi_ozunun_zengin_milli_menevi_deyerler_sistemi_ile_beser_sivilizasiyasina_evezsiz_tohfeler_verib-844490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR