Yaponiya imperatoru taxtını tərk edəcək - Tarix açıqlandı

Yaponiya imperatoru Akihitonun taxtını tərk etmək tarixi məlum olub.

Metbuat.az-ın məlumatına görə, Baş nazir Şinzo Abe bildirib ki, imperator Akihito 30 aprel 2019-cu ildə taxtını tərk edəcək. Yaponiyanın 83 yaşlı imperatoru hələ ötən il xalqa səslənərək vəzifəsini tərk etmək istəyini bildirmişdi. O, yaşı və sağlamlıq problemlərinə görə vəzifəsini yerinə yetirə bilməyəcəyini bəyan edib. Yaponiya qanunlarına görə, imperator taxtından imtina etmək üçün xalqdan icazə almalıdır.

Akihito, Yaponiyada 200 il sonra taxtdan çəkilən ilk hökmdar olacaq. Yaponiyada sonuncu dəfə 1817-ci ildə imperator Koukaku öz istəyi ilə taxtdan ayrılmışdı. Akihito 7 yanvar 1989-cu ildə imperator Hirohitonun ölümündən sonra, 55 yaşında imperator olub. Akihitonun yerinə 57 yaşlı oğlu, Şahzadə Naruhitonun keçməsi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR