Mütərəqqi suvarma üsullarından istifadə edilməsi məhsuldarlığı 30-40 faizədək artıra bilər

Mütərəqqi suvarma üsullarından istifadə edilməsi məhsuldarlığı 30-40 faizədək artıra bilər
12:18 8 Aprel 2015
199 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Bu gün respublikada bitkiçilikdə məhsuldarlığın aşağı düşməsinin səbəblərindən biri də primitiv, köhnə suvarma üsullarından istifadə edilməsidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
O qeyd edib ki, məhsuldarlığı artırmaq, ölkənin bitkiçilik məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək üçün kompleks tədbirlərdən istifadə edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Əkin sahələrində mütərəqqi suvarma sistemlərinin tətbiqi və onun stimullaşdırılması aktual məsələlərdəndir. Bu gün primitiv, köhnə suvarma üsullarından istifadə edilməsi respublikada məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Hazırda damcı, süni yağış yağdırmaq üsulu ilə suvarma üsulları mövcuddur. Bu, həm suvarmanın məsrəfini azaldır, həm səmərəliliyi artırır, eyni zamanda, su sərfiyyatını minimuma endirir.
“Dünyada qlobal iqlim dəyişikliyi gedir, su çatışmazlığı mövcuddur, quraqlıq baş verir. Belə hadisələrdən, risklərdən uzaq olmaq üçün mütərəqqi suvarma qurğularının quraşdırılması vacib şərtlərdən biridir. Bu üsulların tətbiqi məhsuldarlığı 30-40 faizədək artıra bilər”, - deyə İ.Cümşüdov deyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mutereqqi_suvarma_usullarindan_istifade_edilmesi_mehsuldarligi_30_40_faizedek_artira_biler-844493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR