Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib

Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib
12:18 8 Aprel 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 8 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar Pirallahı və Xəzər rayonlarında keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbullar saat 10.00–da Pirallahı rayonunda, saat 14.00–da isə Xəzər rayonunda başlanıb və vətəndaşların müraciətləri bitənədək davam edib.
Pirallahı və Xəzər rayonları üzrə ümumilikdə 40 müraciət dinlənilib. Əsas müraciətlər birinci sinfə qəbul sistemi, mühafizə sisteminin təşkili və məktəblərin təmiri ilə bağlı olub.
Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilib və idarənin struktur bölmələrinin nümayəndələrinə müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seyyar_qebullarda_muellim_ve_valideynlerin_muracietleri_dinlenilib-844492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR