Kriminal avtoritet özünü asdı

Kriminal avtoritet özünü asdı
12:21 8 Aprel 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Daha çox "Kostya Tatarin" ləqəbi ilə tanınan kriminal avtoritet Konstantin Dubinnikov intihar edib.

ANS PRESS-in məlumatına görə, o, bu gün səhər saat 06.00-da saxlanıldığı Çita İstintaq Təcridxanasında özünü asıb. Hüquq-mühafizə orqanları intihar faktını təsdiqləyib.

46 yaşlı Dubinnikov 2009-cu ilin dekabrında istintaq təcridxanasında saxlanılırdı. Ona qarşı bir çox cinayət işləri açılmışdı. "Kostya Tatarin" ağır bədən xəsarətləri yetirmə, adam döymələr, dələduzluq, xüsusi iri məbləğli fırıldaqçılıq, quldurluq və banditlik və nəhayət qətlllərdə günahlandırılır.

İstintaqın versiyasına görə, Kostya Tatarinin hesabında 12 ölüm işi və 30 qulduq basqını var. O, bütün cinayətləri Rusiya ərazisində törədib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR