Sahmatcilarimiz Dubay Open beynelxalq sahmat turnirinde istirak edirler

Sahmatcilarimiz Dubay Open beynelxalq sahmat turnirinde istirak edirler
12:22 8 Aprel 2015
66 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, aprelin 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 17-ci Dubay Open beynəlxalq şahmat turniri start götürüb. Turnirdə 30-dək ölkədən 67 qrossmeyster də daxil olmaqla 164 şahmatçı mübarizəyə qoşulub. Azərbaycanı Eltac Səfərli, Qədir Hüseynov, Zaur Məmmədov, Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Məmmədova və Rüstəm Bünyatov təmsil edirlər. Turnir İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

1-ci turda Qədir Hüseynov Hindistan təmsilçisi Karti Rajariski üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazıb. Bu turda digər qələbə qazanan həmyerlilərimiz Zeynəb Məmmədyarova və Zaur Məmmədov olublar. Məmmədyarova BƏƏ-nin şahmatçısı Rem Xalili məğlub edib. Zaur Məmmədov isə ilk qələbəsini suriyalı Hayel Rafi Mohd üzərində qazanıb. Eltac Səfərli, Günay Məmmədzadə, Xəyalə Abdulla və Nərmin Məmmədova isə ilk turda məğlubiyyətlə üzləşiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR