Xəzər Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda

Xəzər Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
12:23 8 Aprel 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Xəzər Universitetinin coğrafiya və ətraf mühitin qorunması kafedrasının tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elmi müəssisəsinin torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramil Sadıqovun təşəbbüsü ilə tələbələr qurumun fəaliyyəti və burada görülən işlərlə tanış olublar.
İnstitutun direktoru, professor Əlövsət Quliyev tələbələrlə görüşüb, onların suallarını cavablandırıb, gənclərə təklif və tövsiyələrini verib.
Sonra tələbələr torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının rəhbəri, akademik Məhərrəm Babayev ilə görüşüblər. Akademik tələbələrə laboratoriyanın tarixi, burda görülən işlər, torpaq tipləri haqqında geniş məlumat verib.
Daha sonra tələbələr müxtəlif laboratoriyalarda aparılan tədqiqat işləri ilə tanış olublar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_Universitetinin_telebeleri_Torpaqsunasliq_ve_Aqrokimya_Institutunda-844497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR