“9 milyard dollarlıq ticarət dövriyyəsi olacaq” - Tramp

ABŞ prezidenti Donald Tramp, Bəhreyn vəliəhdi, Şahzadə Salman bin Hamad əl-Xəlifə ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, Ağ evdə keçirilən görüşdən əvvəl Tramp jurnalistlərə qısa açıqlama verib. O, yaxın zamanlarda Bəhreynlə fərqli sahələrdə 9 milyard dollarlıq ticarət dövriyyəsi olacağını bildirib: “Bundan çox məmnunuq. Aramızda keçmiş zamanlarda başlayan güclü münasibətlərlər var. Bu münasibətlərimiz daha da yaxşıya doğru gedəcək”.

Prezidentlə Şahzadə arasındakı görüşdə əsas məsələ iki ölkə arasındakı iqtisadi münasibətlər olub. ABŞ səfərinin çox önəmli olduğunu qeyd edən Şahzadə əl-Xəlifə, ölkələr arasında 100 ilə yaxındır davam edən ittifaq və xalqlar arasında dostluq olduğunu bildirib.

Daha sonra Trampla əl-Xəlifə arasında təkbətək görüş keçirilib. Görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olduğu deyilir.

Günay Elşadqızı / METBUAT.AZ

Kürd Muxtariyyətinin Baş naziri Türkiyədədir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR