Ermənistanin xarici rezervləri tezliklə tükənəcək

Ermənistanin xarici rezervləri tezliklə tükənəcək
12:27 8 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Mərkəzi Bankı ölkənin xarici valyuta rezervləri barədə məlumatları açıqlayıb
Trend-in məlumatına görə, göstəriciləri təhlil edən "Aykakan jamanak" qəzeti aprelin 1-nə qədər Ermənistanın xarici valyuta rezervlərinin 1,491 milyard ABŞ dolları təşkil etdiyini bildirib.

"İlk baxışdan xoş xəbərə oxşayır. Amma məsələ ondadır ki, son bir il ərazində ölkənin valyuta rezervləri davamlı şəkildə azalıb və 2 milyard dollardan 1,26 milyarda düşüb. Mart ayında isə birdən-birə 230 milyon dollar artım oldu. Lakin məlum olur ki, bir neçə həftə əvvəl Avropa istiqrazları vasitəsi ilə cəlb olunmuş 500 milyon dollarlıq kreditdən 300 milyonu xarici rezervləri tamamlamağa yönəldilib. Belə çıxır ki, 300 milyon dollar əlavədən sonra rezervlərdə artım 230 milyon dollar olub. Adi riyazi hesablama da göstərir ki, bir ayda ölkənin xarici rezervlərindən 70 milyon dollar xərclənilib. Əgər belə davam etsə, Ermənistan xarici rezervləri bir neçə aydan sonra tamamilə sıradan çıxacaq", - deyə qəzetdə qeyd olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR