İrandakı zəlzələdə xəsarət alanların sayı artdı - 51 nəfər...

İranda baş verən 6 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 51-ə çatıb.

Metbuat.az-ın məlumatına görə, hazırda axtarış-xilasetmə işləri davam edir.

Qeyd edən ki, İranın Kerman şəhərinin 50 kilometr yaxanlığında baş verən zəlzələ ƏfqanıstanPakistanda da hiss olunub. Zəlzələdən sonra, gecə yarısı 5 və 5,1 bal gücündə afterşoklar da qeydə alınıb.

Xatırladaq ki, 13 noyabrda İran-İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Zəlzələ İranda böyük dağıntıya səbəb olub, hadisə nəticəsində 300-dən çox insan həyatını itirib.

Günay Elşadqızı / METBUAT.AZ

İranda yenidən güclü zəlzələ baş verdi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR