​"Report": Bu il dolların məzənnəsi minimum 1,5 AZN/USD-ə çatacaq

12:32 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report"un analitik qrupu xəbər verir ki, yumşaq devalvasiya nəticə etibarı ilə onsuz da gərgin vəziyyətdə olan milli iqtisadiyyatı iflic edə bilər. Dünya bazarında neftin qiymətinin son günlər artaraq 59 dollar/barel səviyyəsinə çatması ilə tərs mütənasib olan yeni devalvasiya dalğası anlaşılan deyil. Üzən məzənnə sisteminə keçidi prioritet götürən AMB 2015-ci ildə Azərbaycanda ÜDM-in kəskin azalmasına səbəb olacaq. Belə ki, 34%-lik şok devalvasiyanın yumşalaraq davam etməsi səbəbindən istehlakçı və investorlarda olan valyuta ehtiyatlarının bu proses bitənədək ortaya çıxarılmayacamğ isə artıq dəqiqdir.
"Report" bu gedişlə dolların rəsmi məzənnəsinin artıq 2015-ci il ərzində ən yaxşı halda 1,50 AZN/USD səviyyəsinə qədər yüksələcəyini proqnozlaşdırır. Bu, neftin qiyməti 50 dollar/barel və daha artıq olacağı halda mümkündür. Əks halda məzənnənin daha da sürətlə artacağı qaşılmazdır. "AMB həqiqətən də tam üzən məzənnə sisteminə keçəcəksə, o zaman neftin 50 dollardan aşağı düşməsi ilə məzənnə 3-5 AZN/USD həddinə də çata bilər. Lakin Azərbaycanda bundan sonra da idarə olunan üzən məzənnə siyasəti davam etdirilərsə, o zaman Mərkəzi Bankın hər il məzənnə üçün hədəf aralığı müəyyən etməsi tələb olunur", - deyə Agentliyin analitikləri bildirir.
İlkin təhlil göstərir ki, bu il Azərbaycanda ÜDM-in həcmi real olaraq, yəni dollar ekvivalentində azalacaq. Belə ki, əgər 2014-cü ildə 59 mlrd. manat və 75 mlrd. dollarlıq ÜDM istehsal olunubsa, bu il neftin ucuzlaşması, pərakəndə satışın səngiməsi, inşaat sektorunun zəifləməsi, avtomobil satışının kəskin azalması və s. obyektiv səbəblərə görə həmin göstəricinin nominal ifadədə 3%, real isə 35-50% azalacağı proqnozlaşdırılır: "Göründüyü kimi, AMB bu riskə gedərək ölkənin qızıl-valyuta ehtiyatlarını qorumaq niyyətindədir. Bank sisteminin valyuta riski səbəbilə üzləşdiyi problemləri Mərkəzi Bank onlara yardım etməklə aradan qaldırmaq istəyir".
"Report"un analitik qrupu yumşaq devalvasiyanın yanlış qərar olduğunu düşünür. Üzən məzənnə sisteminə keçid daha qısa zaman ərzində həyata keçirilməlidir. Bu qərar iqtisadiyyatın yenidən dirçəlməsinə səbəb olacaq. Əks halda, iqtisadiyyatın iflic vəziyyəti uzun zaman davam edəcək ki, bu da kiçik və orta sahibkarlığa ağır zərbə vuracaq. Məzənnənin sərbəst buraxılması az sayda insana zərər vursa da, ümumən iqtisadiyyatın daha qısa zaman ərzində bərpa olmasına kömək edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/report-bu-il-dollarin-mezennesi-minimum-1-5-azn-usd-e-catacaq-proqnoz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR