Vanqanın xəbərdarlığı şok yaratdı: "Avropanı müsəlmanlar alacaq" - FOTO

Vanqanın xəbərdarlığı şok yaratdı: "Avropanı müsəlmanlar alacaq" - FOTO
12:32 8 Aprel 2015
377 Maraqlı
Ölkə mətbuatı
A- A+

1991-ci ilin yanvarın 31-də Makedoniyanın Strumitza kəndində doğulan və sonradan bütün dünyanın "Baba Vanqa", yəni "Vanqa nənə" kimi tanıdığı kor Vangeliya Pandeva Quşterovanın bundan sonrakı illərlə bağlı öncəgörmələrinin yenidən açıqlanması Avropa mediasında şok effektiv yaradıb.
 
Milli.Az European-a istinadən bildirir ki, Bolqarıstanın Dövlət Arxivində saxlanan, Baba Vanqanın sözlərinin stenoqrafik hesabatları olan bu öncəgörmələrin 2015-ci ildən sonrakı sənələrlə bağlı hissəsi mübahisələr doğursa da, qulaqardına vurulası məqamlar sayılmır.
 
İkinci Dünya Müharibəsi illərində Adolf Hitlerin ziyarət etdiyi, Sovetlər Birliyinin KQB-sinin belə, məsləhətlər aldığı Baba Vanqa 1996-cı ildə 84 yaşında vəfat edib.
 
O, Sovetlər Birliyinin dağılmasını, şahzadə Diananın ölümünü, 2001-ci ilin sentyabrın 11-dəki məşum teraktları, Barak Obamanın ABŞ prezidenti seçiləcəyini və daha yüzlərlə olayı əvvəlcədən xəbər vermişdi.
 
Baba Vanqanın 2015-ci ildən sonrakı hadisələrlə bağlı öncəgörmələrini təqdim edirik:
 
2016 - Avropa Birliyinə daxil olan ölkələrin əhalisinin demokrafik durumunda sürətli azalma müşahidə olunacaq
2018 - Çin dünyanın ən qüdrətli dövlətinə çevriləcək
2023 - Yerin oxu yerini azacıq dəyişəcək
2025 - müsəlmanların Avropaya miqrasiyası daha da artacaq
2028 - yeni enerji qaynağı kəşf ediləcək və o, kontrollu termonüvə reaksiya olacaq
2030 - Venera planetinə pilotlu kosmik gəmi göndəriləcək
2033 - Şimal və Cənub qütblərində buzlaqlar əriyəcək, dünya okeanında suyun səviyyəsi qalxacaq
2043 - Müsəlman ölkə bütün Avropaya hakim olacaq
2046 - Süni insan orqanları hazırlanacaq
2060 - Korluğun tam müalicəsi mümkün olacaq
2066 - Müsəlmanların əlindəki Romaya hücum zamanı ABŞ iqlim dəyişiklikliyi yaradan silahdan istifadə edəcək, şəhər dondurulacaq
2076 - Bütün dünyada kommunistlər hakimiyyətə gələcəklər
2084 - Təbiət dirçələcək
2088 - Yeni xəstəlik insanı bir neçə saniyədə qocaldacaq
2091 - Bu dəhşətli xəstəliyin çarəsi tapılacaq
2130- Yadplanetlilərin nəzarəti altında dünya okeanında sualtı şəhərlər tikilməyə başlanacaq
2154 - Heyvanlar yarı-insan olacaq
2167 - Yeni din yaranacaq
2170 - Dəhşətli qıtlıq və quraqlıq olacaq
2183 - Marsdakı insan koloniyasında üsyan başlanacaq və Yerdən müstəqillik tələb ediləcək
2201 - Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək, onun hərarəti azalacaq
2256 - Kosmosa səyahətlər insanlara yeni xəstəliklər "bəxş" edəcək
2299 - Fransada islama qarşı üsyan qalxacaq.
2480 - İnsanların yaratdıqları 2 süni Günəş toqquşacaq, dünya qaranlığa qərq olacaq.
3005 - Marsda savaş başlanacaq
 
Milli.Az
 
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR