Əli Həsənov: "Azərbaycan və Türkiyə region ölkələrin yaxınlaşmasında mühüm rol oynayırlar"

Əli Həsənov: "Azərbaycan və Türkiyə region ölkələrin yaxınlaşmasında mühüm rol oynayırlar"
12:32 8 Aprel 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə və Azərbaycan region ölkələri arasında münasibətlərin yaxınlaşmasında və möhkəmlənməsində mühüm rol oynayırlar.

Trend-in məlumatına görə, bunu "Hürriyet Daily News" qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

“Marmara Group” Fondunun təşkil etdiyi 18-ci Avrasiya İqtisadi Forumunda iştirak məqsədi ilə Türkiyədə səfərdə olan Ə.Həsənov bu sammiti vacib faktor hesab etdiyini deyib.

Ə.Həsənovun sözlərinə görə, sammit Azərbaycan və Türkiyənin söykəndiyi “Bir millət – iki dövlət” prinsipininə əsaslanır.

Ə.Həsənov 30-dan çox ölkəni birləşdirən sammiti yalnız Türkiyə və Azərbaycanın yaxınlaşması baxımından deyil, həm də region ölkələri arasında münasibətlərin möhkəmlənməsi üçün əhəmiyyət daşıdığını qeyd edib.

Öz növbəsində, Azərbaycanın energetika naziri Natiq Əliyev də "Hürriyet Daily News"un Bakı və Ankara arasında iqtisadi və enerji baxımından olan münasibətlərə dair sualına cavab verərkən bildirib ki, iki ölkə regionun lderləridir və Asiya ilə Avropanın yaxınlaşmasında önəmli rol oynayırlar.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə qeyd edib ki, regionda Azərbaycan və Türkiyənin oynadığı rol təkcə energetika və nəqliyyat sektorlarını deyil, İKT sahəsini də əhatə edir. O, müasir dünyada Avrasiyanın oynadığı rolu yüksək qiymətləndirib, bu sammitin isə Azərbaycan və Türkiyənin bölgədəki təsirinin artmasına xidmət etdiyini əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR